22 iyun 2014 14:58
XL Aleksandr Şemonayev ilə müqavilə imzaladı, altısını yola saldı
“Xəzər Lənkəran” Futbol Klubu müdafiəçi Aleksandr Şemonayevi həyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, ötən mövsüm AZAL-ın heyətində çıxış etmiş sol cinah müdafiəçisi daha əvvəl “Simurq” və “Abşeron” komandalarının formasını geyinib.
29 yaşlı futbolçu ilə bir il müddətinə müqavilə imzalanıb.
Həmçinin, bu yay müqaviləsi başa çatan futbolçular Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov və Deyvid Sakkoni ilə yollar ayrılıb. Zohair Benuahi və Slavik Alxasovla müqavilələrə isə qarşılıqlı şəkildə xitam verilib.
“Xəzər Lənkəran” yuxarıda adı sadalan hər bir futbolçuya klubda olduqları müddət ərzində xidmətlərinə görə təşəkkür edib və onlara karyeralarında uğurlar arzu edib. (klub saytı)
