22 iyun 2014 14:45
Şaxtyor Qarabağla oyun öncəsi qələbə qazandı
Azərbaycan çempionu "Qarabağ" sabah Avstriya toplanışı çərçivəsində ilk sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Qurban Qurbanovun komandasının ilk rəqibi Ukraynanın "Şaxtyor" (Donetsk) klubu olacaq.
Donetsklilər artıq ağdamlılarla oyun ərəfəsində Avstriyada ilk yoxlama görüşünü keçirib. "Şaxtyor"un rəqibi yerli "Vakker" (İnsbruk, Avstriya) olub. "Qarabağ"ın rəqibi bu qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb. Ukrayna klubunun qollarını İlsinyo və Şinder vurub.
