21 iyun 2014 00:54
Sumqayıtın sabiq oyunçusu Rusiya klubunda
"Sumqayıt"ın sabiq müdafiəçisi Adil İbrahimov karyerasını Rusiyanın "Ximki" klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Azərbaycan klubu ilə müqaviləsinin müddəti başa çatan futbolçu hazırda sözügedən komandanın düşərgəsində məşq edir:
"Sumqayıt"la müqaviləmin müddəti başa çatıb. Bu üzdən Rusiyaya qayıtmağı düşünürəm. Bir neçə ildi vətəndən uzaqda çıxış etdiyim üçün hiss edirəm ki, məni burada unudublar. Hələ "Ximki" ilə müqavilə imzalamamışam. Amma ümid edirəm ki, ən yaxın günlərdə gələcək taleyimə aydınlıq gələr".
Qeyd edək ki, hazırda rusiyalı 25 yaşlı futbolçu azad agent hesab olunur.
