21 iyun 2014 00:27
Lorenzo Ebesilio: Mordoviyaya keçməmişəm, başqa variantım var
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Lorenzo Ebesilio karyerasını harada davam etdirəcəyinə hələ də aydınlıq gətirməyib. Azerisport.az xəbər verir ki, o, karyerası ilə bağlı saytımıza açıqlamasında bunları söyləyib:
"Mən hələ Rusiya "Mordoviya"sına keçməmişəm. Bilirəm ki, onlar artıq yeni mövsümün hazırlığına başlayıblar. Amma mən həmin məşqlərdə iştirak etmirəm. Gizlətməyəcəm: mənim daha bir variantım var. Yenidən Hollandiya çempionatına qayıtmaq imkanı var. Ona görə də hələ yekun qərarımı verməmişəm".
Qeyd edək ki, Ebesilionu "Qəbələ"nin sabiq, "Mordoviya"nın indiki baş məşqçisi Yuri Syomin sərəncamında görmək istəyir.
