21 iyun 2014 00:18

Böyükağa Hacıyev: Daha yaxşı futbol oynayacağıq

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Gürcüstanın “Çixura” klubu ilə ikinci yoxlama oyunundan sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis ümumilikdə komandadan razı qaldığını bildirib:

“Oyun çox pis hava şəraitində keçdi. Meydançanın durumu tam oynamağa imkan vermirdi. Sizə deyim ki, gənclərdə istək təcrübəlilərə nisbətən daha çoxdu və onlar bunu meydanda hiss etdirirlər. Təcrübəli futbolçularımız hazırlığa nisbətən gec qatıldığından, gənclərin fiziki hazırlığı onlara nisbətən daha yaxşıdı. Əgər Cavid İmamverdiyev penalti zərbəsindən, eləcə də Nicat Qurbanov və Ruslan Qurbanov qol imkanlarından istifadə etsəydi, böyük hesabla qalib gələ bilərdik. Ümumiyyətlə isə komandanın bir həftəlik hazırlığından sonra oynadığı futboldan razıyam. Bununla belə, komanda hələ tam komplektləşməyib. Çünki bəzi xətlərdə yeni futbolçular mövcuddu. Məsələn, Kauenin adaptasiya keçməsi üçün bir az zamana ehtiyac var. Elvin Bədəlovu Elvin Yunuszadə ilə bir xətdə oynadırıq. Ayın 25 və 27-də də keçirəcəyimiz yoxlama oyunlarından sonra komanda komplektləşəcək və Avstriyadakı təlim-məşq toplanışına gedəcək heyətdə Avroliqada iştirak edəcək komanda məlum olacaq. Əsas odu ki, “Neftçi” heyətini qoruyub saxlaya bilib. Bu heyətlə daha yaxşı futbol oynayacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.