21 iyun 2014 23:10
Qarabağın Bakı hazırlığı başa çatdı
"Qarabağ" Bakı hazırlığını başa çatdırıb. Azerisport.az xəbər verir ki, 2013/14 mövsümünün hazırlıqlarını davam etdirən komanda bu gün paytaxtda sonuncu məşqini edib.
Komandanın məşqi 11:00-da Suraxanı qəsəbə stadionunda baş tutub. Bununla da hazırlığın Bakı mərhələsi başa çatıb. Sabah səhər isə komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdamlılar Bakı – İstanbul – Zalsburq reysiylə hərəkət edəcək. Komandanın Bakı vaxtıyla 19:00-da məskunlaşacağı Kossen qəsəbəsinə çatacağı ehtimal olunur.
