21 iyun 2014 22:51
Çeran hansı klublardan təklif aldığını açıqladı
"Simurq"un hücumçusu Draqan Çeran komandada qalmasının səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç klubdan təklif almışdım. Amma "Simurq"da qalmağa qərar verdim. Mənimlə Hollandiyanın "Dordrext", Danimarkanın "Viborq" və Yunanıstanın "Levadiakos" klubları maraqlanırdı. Amma onlar bu məsələni çox ləngitdilər. Buna görə də "Simurq"la müqaviləni yenilədim".
