21 iyun 2014 22:30
XL Türkiyə yığmasının sabiq forvardına 1,5 milyonluq təklif etdi
"Xəzər Lənkəran" Türkiyə yığmasının sabiq hücumçusu Semih Şəntürkü transfer ermək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, cənub klubu artıq Semihə təklif də göndərib. "Ağ-yaşıllar" "Antalyaspor"la müqaviləsinin müddəti başa çatan Semihin azad agent olmasından yararlanmaq niyyətindədi.
1+1 illik müqavilə üçün cənublular 31 yaşlı futbolçuya 1,5 milyon avro verməyə hazırdılar.
