22 iyun 2014 00:01
Botev Qəbələ ilə oyundan imtina etdi
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" ötən gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxmalıydı. Azerisport.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu yetirmələrini bu dəfə Bolqarıstan "Botev"i ilə görüşdə sınayacaqdı.
Lakin bu görüş baş tutmayıb. Belə ki, bolqarlar Sloveniya təmsilçisi "Çelye" ilə qarşılaşmağa üstünlük veriblər. "Botev" həmin görüşdə 5:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, "Qəbələ" əvvəlki yoxlama oyunlarını iki yerli komandaya qarşı keçirmişdi. "Stoynitsa"ya 1:0 hesabıyla qalib gələn təmsilçimiz "Koper"ə də eyni hesabla uduzmuşdu.
