"Muntyanu Azərbaycanda uğur qazanacaq"
Rusiyanın "Mordoviya" klubunun serbiyalı müdafiəçisi Milan Perendiya rumıniyalı məşqçi Dorinel Muntyanunun "Qəbələ"yə baş məşqçi təyin olunmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Muntyanunun "Qəbələ" ilə müqavilə imzaladığını eşitmişəm. O, çox güclü məşqçidi, peşəkardı. Onun rəhbərliyi altında öncə "Otselul"da, sonra isə "Mordoviya"da çıxış etmişəm. Əminəm ki, Rusiya klubu ilə müqavilə imzalamasaydım, o, mənə "Qəbələ"yə keçməyi təklif edərdi. Bilirəm ki, o heç vaxt uduzmağı sevməyib. Hər bir klubda futbolçularla ümumi dil tapa bilir. Hesab edirəm ki, Muntyanu Azərbaycanda uğur qazanacaq. Bilirəm ki, "Qəbələ" bu mövsüm Avropa Liqasında çıxış edəcək. Amma Muntyanun nə dərəcədə düzgün qərar verdiyini deyə bilmərəm".
