20 iyun 2014 12:41

Yure Travner: İnanıram ki, Hafiz Məmmədov Bakının da problemlərini həll edəcək

"Bakı"nın müdafiəçisi Yure Travnerin azerisport.az saytına müsahibəsi

- Siz hələ də "Bakı"nın futbolçusuz?
- Bəli. Amma indi Bakıda deyiləm. Ailəmlə birgə Sloveniyadayam.

- Komandada qalacaqsız?
- Əlbəttə. Niyə də qalmayım?

- Maliyyə problemi həllini tapdı?
- Mənim üçün xüsusi fərqi yoxdu. Ümid edirəm ki, hər şey həllini tapacaq.

- Bu problem komandada az narazılıq yaratmır...
- Xeyr. Hər şey qaydasındadı.

- Son mövsüm "Bakı" üçün uğurlu olmadı. Sizcə, buna nə səbəb oldu?
- Əsas rəqiblərimizlə oyunlarda xallar itirdik. Bizə "Qəbələ", "İnter" və "Neftçi" ilə oyunlarda xal itirmək olmazdı. Amma onlara uduzduq.

- Sizin klub son dövrlər daha çox xoşa gəlməyən məqamlarla gündəmdə olur. Hətta deyirdilər ki, legionerlər maliyyə probleminə görə "Qəbələ" ilə oyuna çıxmaq istəmirmiş. Bunlar düzdü?
- Xeyr. Bu, təkcə legionerlərin yox, bütün futbolçuların qərarı idi. Çünki biz bir komandayıq, hamımız birlikdəyik.

- Neçə aydı maaş almırsız?
- Xatırlamıram. Gecikmələr olur. Amma mən həmişə optimist olmuşam. İndi də hesab edirəm ki, hər şey qaydasına düşəcək. Burada elə böyük problem yoxdu.

- Klub prezidenti Hafiz Məmmədovun İngiltərə "Şeffild Uensdey"ini almasından xəbərdarsız?
- Bəli, internetdə oxudum.

- Prezidentin öz klubuna diqqət ayırmayıb, İngiltərə yenisini alması sizi düşündürmür ki?
- Bu, xoşagəlməz işdi. Hafiz Məmmədovun işi çox olur. Bunu onun əhatəsində olanlar da başa düşməlidilər. Boş vaxtı çox az olur. Mən onu "Şeffild Uensdey"i alması münasibətilə təbrik edirəm. Hafiz Məmmədova inanıram, hesab edirəm ki, bizim klubun da problemləri həllini tapacaq.

- Klubdan sizə nə deyiblər?
- Hər şey normal olacaq. Mən buna inanıram.

- Digər klublardan təklif olsa, gedəcəksiz?
- Mən heç kimlə danışıq aparmamışam. Özümü "Bakı"da xoşbəxt hiss edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.