20 iyun 2014 12:29
Şturmun baş məşqçisi: Güclü rəqibə qarşı oynadıq
Avstriyanın "Şturm" klubunun baş məşqçisi Darko Milaniç Bakı "İnter"inə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:
"10 günlük hazırlıqdan sonra keçirdiyimiz bu oyunun bəzi anlarında yaxşı futbol sərgilədik. Amma biz hələ də tam hazır deyilik. Güclü rəqibə qarşı çox yaxşı yoxlama oyunu keçirdik".
