20 iyun 2014 00:45
Şəhriyar Əliyev Türkiyə klubundan təklif alıb
"Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi qardaş ölkənin PTT 1-ci Liqasında mübarizə aparan klubların birindən təklif alıb.
Yaxın günlərdə Türkiyə klubunun "Bakı"ya rəsmi təklif göndərməsi gözlənilir. Əliyevin konkret hansı komandanın maraq dairəsində olduğu isə bilinmir.
