20 iyun 2014 00:34
"Azərbaycana qayıtmaqla səhv etdim"
Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri Rumıniyanın "Petrolul" klubunu tərk etdiyinə görə peşmandı. Azerisport.az saytına müsahibəsində bunu futbolçunun özü etiraf edib:
"Əgər bu komandada qalsaydım, İspaniya "Xetafe"sinə keçə bilərdim. Kosmin Kontra daha çox gənc futbolçulara güvənirdi. Oyunum da onun ürəyincəydi. Həmin il Kontra özü də Buxarest "Dinamo"sundan təklif almışdı və məni ora apara bilərdi. Amma mən Azərbaycana qayıtmaqla səhv etdim. İndi isə yenidən Rumıniya çempionatına qayıtmağa çalışıram".
Qeyd edək ki, Nəziri "Petrolul"dan "Rəvan"a, oradan isə "İnter"ə keçmişdi.
