20 iyun 2014 12:07
XL Hollandiya, Almaniya və Avstriya arasında seçim edir
"Xəzər Lənkəran" iyunun 20-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, komanda burada 2 həftəlik hazırlıq keçəcək.
Amma Ərzurumda "ağ-yaşıllar"ın yoxlama oyunu keçirməsi nəzərdə tutulmayıb. Bütün yoxlama oyunları təlim-məşq toplanışının başqa ölkədə keçiriləcək ikinci hissəsi zamanı baş tutacaq.
Hazırlığın əsas hissəsinin hansı ölkədə keçiriləcəyi isə məlum deyil. Klub rəhbərliyi Hollandiya, Avstriya və Almaniya arasında seçim edir.
