20 iyun 2014 11:45
Yığmamızın futbolçusu Subaşiçin komandasında
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Umut Sönməz karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, 21 yaşlı xavbek PTT 1-ci Liqada çıxış edən "Orduspor"la anlaşıb.
Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Orduspor"da yığmamızın sabiq hücumçusu Branimir Subaşiç də çıxış edir.
