20 iyun 2014 18:36
Simurqda yeni baş məşqçi
"Simurq" Peşəkar İdman Klubunun U-19 komandasına yeni baş məşqçi təyin edilib. Azerisport.az xəbər verir ki, bu gün tanınmış mütəxəssis Mahir Əliyevlə iki illik müqavilə bağlanılıb.
"B" kateqoriyalı məşqçi sabah Zaqatala gedəcək və yeni mövsümün hazırlıqlarına start verəcək. (klub saytı)
