20 iyun 2014 18:25
Cavadov Sumqayıt ilə 1 illik müqavilə imzaladı
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Ceyhun Cavadov yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Ceyhun "Sumqayıt"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Ceyhun Cavadov U-21 millimizin üzvüdü. (klub saytı)
