20 iyun 2014 18:09
İzmaylov Qəbələdən sonra heç kimə lazım deyil
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Marat İzmaylov özünə yeni klub tapa bilmir. Azerisport.az xəbər verir ki, onun agenti Paulo Barboza 31 yaşlı futbolçuya Rusiyadan da dəvət olmadığını bəyan edib:
"İzmaylovun "Portu" ilə müqaviləsi var. Rusiya klublarından bizimlə heç kim əlaqə saxlamayıb. Əgər təklif olsa, düşünə bilərik. "Portu"da qalmaq? Əlbəttə, futbolçu özü bunu istəyir".
