20 iyun 2014 17:06

Lansın Liqa 1-ə keçməsi üçün Hafiz Məmmədov sənəd təqdim etməlidi

Fransanın "Lans" klubunun prezidenti Jerve Martel öncədən planlaşdırıldığı kimi, DNCG-nin (Milli idarəçilik nəzarəti müdiriyyəti) toplantısında iştirak edəcək. Azerisport.az xəbər verir ki, bundan sonra o, Azərbaycana səfərə gələcək. Səfərdə məqsəd "Lans"ın aksiyalarına sahib olan azərbaycanlı iş adamı, "Bakı"nın prezidenti Hafiz Məmmədovdan iki vacib sənəd alaraq, onları müvafiq quruma təqdim etməkdi.

Qeyd edək ki, "Lans" Liqa-1-ə vəsiqə qazansa da, bunun üçün hələ müvafiq razılıq da alınmalıdı. Çünki Fransanın maliyyə jandarmları hələ bu barədə yekun qərarlarını açıqlamayıblar. Bunun üçün isə müəyyən zamana ehtiyac var. Bütün lazımlı sənədlər təqdim olunduqdan sonra, DNCG bu barədə öz yekun qərarını bildirəcək.

"Lans" rəsmiləri əksər sənədlərin DNCG-yə təqdim olunduğunu bildiriblər. Amma qərarın təsdiqlənməsi üçün daha bir neçə sənədin təqdim olunması lazımdı. Ötən gün Martel bu məqsədlə Bakıya yola düşüb. Gələn həftə "Lans"ın prezidenti Hafiz Məmmədovdan alacağı həmin sənədləri DNCG-yə təqdim etməlidi.

"l'Equipe" nəşrinin yazdığına görə, iyunun 25-də bütün lazım olan sənədlər DNCG-yə təqdim olunmalıdı. Sözügedən qurum da öz növbəsində həmin gün "Lans"ın Liqa 1-ə keçməsini rəsmən təsdiqləyəcək. Bunun üçün isə "Lans"ın büdcəsinin 40-45 milyon avro olması və daha 10 milyon avro da transferlər üçün ayrılmalıdı. (Fransa mətbuatı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.