20 iyun 2014 15:42
Oğuz Çətin: Lənkəranlı azarkeşlər başa düşməlidilər ki...
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin komandaya yeni transfer olunan Rəşad Sadiqovdan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən onun oyununu izləmişəm. Rəşad Azərbaycanın ən yaxşı futbolçularından biridi. Sonadək mübarizə aparan oyunçudu. Biz ona görə bu transferi həyata keçirdik. Hesab edirəm ki, Rəşadın gəlişi "Xəzər Lənkəran"ı daha da gücləndirəcək. Bilirəm ki, o, "Neftçi"nin oyunçusudu. Amma Rəşad lənkəranlı fanatlara qarşı heç vaxt hörmətsizlik etməyib. Buna görə də yerli fanatlar baaş düşməlidilər ki, Sadiqov artıq "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq".
