20 iyun 2014 15:21
Skarlatake: Azərbaycan Rumıniya yığmasına dəvət almaq çətindi
"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake Rumıniya yığmasına çağırılmaq perspektivini şərh edib. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Hazırda Azərbaycan çempionatından Rumıniya yığmasına dəvət almaq çox çətindi. Amma əminəm ki, bir neçə il sonra bu, real olacaq. Son illər burada futbolun səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib. Futbola çoxlu pul yatırımları var. Fikrimcə, Azərbaycan birinciliyi qarşıdakı illərdə Rumıniya çempionatını da qabaqlayacaq".
