20 iyun 2014 14:46
Qarabağ Bakı hazırlığına sabah yekun vuracaq
"Qarabağ" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələsininin oyunlarına hazırlaşan komanda günü tək çalışmayla keçirib.
Saat 11:00-da Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqə çıxan ağdamlıların hazırlığı 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komanda ikitərəfli oyun keçirib. Məşqdə sadəcə, Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam etməkdədi.
Sabah "Qarabağ" hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq komanda ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. (klub saytı)
