20 iyun 2014 14:25
AZAL-dan darmadağın
AZAL-ın əvəzedicilərdən ibarət komandasının yeni mövsümün hazırlıqlarına başladığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Mehman Babayevin yetirmələri artıq ilk yoxlama görüşünü də keçirib.
Rəqib yeni mövsümdən I divizionda oynayacaq “Vətən” olub. Görüş əvəzedicilərin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0. "Təyyarəçilər"in heyətində qolları Cavid Hümbətov, Ülvi Ağayev, Tamerlan Səfərli və İbiş Hüseynov vurub.
