20 iyun 2014 14:08
Rəşad Sadıqov Qarabağa Avstriyada qoşulacaq
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov müalicəsini başa vurmaq üzrədi. Azerisport.az xəbər verir ki, 2-3 gün sonra yığmamızın və Ağdam klubunun kapitanı komanda ilə birgə məşqlərə başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı hazırlıqları başa vurmaq üzrə olsa da, Sadıqov oyundaşları ilə birgə hazırlıq keçə bilmir. O, yalnız Avstriya toplanışından etibarən sıraya dönə biləcək.
Sadıqovun UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına kimi hazır olması gözlənilir.
