19 iyun 2014 00:58
Georgi Nikolov İnterin düşərgəsində
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, artıq "bankirlər"in sıralarına klub prezidenti Georgi Nikolov da qoşulub.
Axşam saatlarında Lutzmannsburq qəsəbəsinə çatan prezident ötən gün səhər baş tutmuş məşq prosesini izləyib. Məşqdən əvvəl Nikolov komanda üzvləri ilə görüşərək toplanışın gedişi ilə maraqlanıb və futbolçulara çalışmalarda uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün "İnter" Avstriyadakı ikinci yoxlama görüşünə çıxacaq. Rəqib yerli "Şturm" (Qrats) olacaq.
