19 iyun 2014 00:52
İaşvili: İnter mənsiz də Avropa Liqasında yaxşı nəticələr qazanacaq
"İnter"in sabiq hücumçusu Aleksandr İaşvili paytaxt klubunun avrokuboklardakı şansları barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"İnter"ə Avropa Liqasında kömək etməyi çox istəyirdim. Amma çox yorulmuşam. Artıq 21 ildi futboldayam. Ona görə də futbolçu karyeramı başa vurmağa qərar verdim. "İnter" yaxşı komandadı. Onlar mənsiz də Avroliqada yaxşı nəticələr qazanacaqlar".
