19 iyun 2014 00:49
Qəbələnin almaq istədiyi futbolçu Styauaya keçə bilərmiş
"Qəbələ"nin transfer siyahısında olan rumıniyalı hücumçu Liviu Antal "Styaua"ya keçə bilərmiş. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Tərəflər müqavilə bağlamağa çox yaxın olsa da, son anda danışıqlar düyünə düşüb.
Qeyd edək ki, Antalın yaxın günlərdə rumıniyalı mütəxəssis Dorinel Muntyanunun çalışdırdığı "Qəbələ"yə keçməsi gözlənilir. O, birbaşa komandamızın Sloveniyadakı təlim-məşq toplanışına qatılmalıdı.
