19 iyun 2014 00:18

Vəli Qasımov: Abışovun başqa Rusiya klubuna keçməsinə daha çox sevinərdim

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu və məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Dünya çempionatının startı barədə nə deyə bilərsiz?
- Kifayət qədər maraqlı çempionat izləyirik. Sensasiyalar az deyil. Fikrimcə, qarşıdakı oyunlar daha maraqlı olacaq.

- Hansı sensasiya sizi daha çox təəccübləndirdi?
- Azarkeşlik etdiyim İspaniyanın məğlubiyyəti. Onların 1:5 hesabıyla uduzacağını gözləmirdim. Biabırçı starta rəğmən, bu komandaya mundialın sonunadək azarkeşlik edəcəm.

- Yığmamızın baş məşqçisi Berti Foqtsun yardımçı olduğu ABŞ yığması DÇ-dəki ilk oyununda Qanaya qalib gəldi. Bunu necə qarşıladınız?
- Foqts bizdən başqa hamıya kömək edir. Onun ABŞ yığmasına nə dərəcədə yardımçı olduğunu bilmirəm. Yəqin ki, mənəvi baxımdan dəstək olur. ABŞ yığması güclü komandadı. Ən azından 1/4 finala qədər irəliləyə bilərlər.

- Klublarımızın avrokuboklardakı şansları barədə nə düşünürsüz?
- Püşkatmadan çox şey asılıdı. Amma indidən daha çox "Qarabağ"a ümid bəslədiyimi deyə bilərəm.

- Bəs "Neftçi", "İnter", "Qəbələ"?
- Oyununa görə ağdamlılar bu rəqiblərini qabaqlayır. "Qarabağ" Premyer Liqanı layiqli şəkildə qalib kimi başa vurdu. Yerli klublar arasında da avrokubokların favoritidi. Onlar sabit çıxış edirlər, təcrübələri var. Ümid edirəm ki, "Qarabağ" bu mövsüm böyük uğurlar qazanacaq.

- Uğur deyəndə nəyi nəzərdə tutursuz?
- Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı.

- Ruslan Abışov "Rubin"dəki uğursuz karyerasının ardından "Qəbələ"yə qayıtmağa yaxındı. Buna münasibətiniz necədi?
- Əgər qayıdırsa, deməli, orada özünü narahat hiss edib. Yəqin ki, özünü Azərbaycanda daha güclü futbolçu hesab edir, nəinki Rusiyada. Hər kəsin öz xarakteri var. Amma mən onun başqa Rusiya klubuna keçməsinə daha çox sevinərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.