19 iyun 2014 12:26
İmamverdiyev Neftçidə qaldı
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Türkiyənin "Ankaraspor" klubuna keçməyəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu Türkiyə təmsilçisinə İmamverdiyevi 1 illik icarəyə götürmək üçün vaxt vermişdi.
Lakin nəzərdə tutulan vaxtda "Ankaraspor" nümayəndələri öz öhdəliklərini yerinə yetirməyiblər. Çünki Cavidin həmin kluba keçməsi üçün onun mövqeyində çıxış edən futbolçunun komandadan göndərilməsi şərti qoyulmuşdu. Türkiyə klubuna verilən vaxt bitdiyi üçün danışıqlar dondurulub və İmamverdiyevin "Neftçi"də qalmasına qərar verilib.
