19 iyun 2014 00:05
Yığmamızdan ardıcıl ikinci qələbə
Bosniya və Herseqovinanın Sarayevo şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında təşkil olunan beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, UEFA tərəfindən təşkil edilmiş turnirdə ikinci matçına çıxan yığmamız Makedoniya ilə qarşılaşıb.
Görüş millimizin çətin qələbəsi ilə başa çatıb - 2:1. Rəqib qapısından topları Kristina Bakarandze keçirib.
Xatırladaq ki, millimiz ilk oyununda Bosniya və Herseqovinaya 4:0 hesabıyla qalib gəlmişdi.
İyunun 20-də komandamızı Monteneqro ilə görüş gözləyir.
