19 iyun 2014 11:28

Aleksandr Tomovski: Bakı mənə olan borcunu ödəməsə, cəzalanacaq

Xəbər verdiyimiz kimi, FİFA "Bakı"nın bolqarıstanlı sabiq futbolçusu Aleksandr Tomovskiyə (Tomaş) cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun sabiq oyunçusuna 2008/09 mövsümündən borcu qalıb.

Lakin maraqlıdı ki, "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov Tomovskinin həmin mövsümdə qazanılan çempionluğa görə mükafata layiq olmadığını iddia edir. Bu üzdən Tomaşın özü ilə söhbətləşməyə qərar verdik. O, öncə bunları söylədi:

"Mən sadəcə, klubun mənə olan borcunu istəyirəm. Bu, 25 000 dollardı. Ona görə də FİFA-ya müraciət etmişəm. Mən mükafatın məbləğindən danışmıram. İstirahətdə idim. Klubdan mənə xəbər verdilər ki, artıq məni komandada görmək istəmirlər. Onu da bildirdilər ki, yerdə qalan 25 min dolları mənim hesabıma köçürəcəklər. Amma bunu etmədiklərinə görə şikayətçi oldum".

"Mən iki illik müqavilə imzalamışdım. Sonra komandadan gedəsi oldum. Oynadığım dövrün də pulunu tələb edirəm. Amma onu vermək istəmirlər".

Tomovski bu məsələnin niyə altı il sonra üzə çıxmasına da aydınlıq gətirib: "Mən FİFA-ya hələ 2010-cu ildə şikayət etmişdim. Məsələnin niyə bu qədər uzandığını, onların niyə məhz indi qərar verdiyini başa düşmürəm, bilmirəm".

Tomovski bəyan edib ki, "Bakı"nın vəkilə müraciət etməsindən və pulu ödəmək fikrinin olmamasından xəbərdardı: "Bakı" mənə olan borcunu ödəməsə, FİFA bu klubu cəzalandıracaq. Öncə xallarını siləcəklər, daha sonra aşağı diviziona göndərəcəklər. Amma ümid edirəm ki, vəziyyət o həddə çatmaz və klub borcunu ödəyər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.