19 iyun 2014 18:26

Liviu Antal: Muntyanu məni Qəbələdə görmək istəyir

"Qəbələ"nin transfer etmək istədiyi rumıniyalı yarımmüdafiəçi Liviu Antalın azerisport.az saytına müsahibəsi

- Rumıniya mətbuatı sizin "Qəbələ"yə keçəcəyinizi yazır. Bu, düzdü?
- Etiraf edim ki, bu klubdan mənə konkret təklif gəlməyib. Amma bütövlükdə belə bir məsələ var. Baxaq, görək hər şey necə nəticələnəcək.

- "Qəbələ"nin yeni baş məşqçisi təyin olunan həmyerlinizlə - Dorinel Muntyanu ilə söhbətiniz olub?
- O, məni bir futbolçu kimi yaxşı tanıyır. Muntyanu ilə telefon danışığımız olub. O, məni "Qəbələ"də görmək istəyir.

- Bəs niyə razılaşmırsız?
- Mən hələ heç nəyə qərar verməmişəm.

- Deyilənə görə, sizə "Styaua"dan da təklif var...
- Bəli, var.

- Buxarest klubunun təklifi rəsmidi?
- Xeyr. Orda da "Qəbələ"dəki kimidi. Ora da məni baş məşqçi çağırır. Ancaq konkret təklif irəli sürməyiblər. Hər halda bu gün-sabah yekun qərarımı verəcəm.

- Siz vaxtilə Muntyanunun rəhbərliyi altında "Otselul"da çıxış etmisiz. O, necə məşqçidi?
- Uduzmağı xoşlamayan məşqçidi. Onunla çalışmaq çox xoşdu. Muntyanunun zamanında "Otselul" çox uğurlu çıxış edirdi.

- Azərbaycanda tanıdıqlarınız var?
- Bəli. Mənim Raul Kostin, Marius Pena və Kaue ilə çox yaxşı münasibətlərim var. Kostin artıq Rumıniyaya qayıdıb. Penanın "Bakı"da oynadığını bilirəm. Kaue isə Azərbaycana yenicə gedib.

- Kauenin ardınca Azərbaycana gəlmək barədə düşünmürsüz?
- Hələ dəqiq bir söz deyə bilmərəm. 1-2 günə hansı kluba keçəcəyimə aydınlıq gətirəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.