19 iyun 2014 16:45
Rauf Əliyev: Bakıda qalıb-qalmayacağıma toplanışa qədər aydınlıq gələcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyin hələ də davam etdiyini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hələ ki, istirahət edirəm. Komanda iyunun 25-də toplaşacaq. Hələ "Bakı"da qalıb-qalmayacağımı bilmirəm. Mümkündü ki, toplanışa qədər hər şeyə aydınlıq gəlsin. "Bakı"dan gedəcəyim halda hansı kluba keçəcəyimi də deyə bilmərəm".
