19 iyun 2014 16:31
AZAL hazırlığa start verdi
AZAL-ın əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" ayın sonuna qədər seleksiya xarakterli toplanış keçəcək.
Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi də nəzərdə tutulub. Əvəzedicilər iyul ayından etbarən fiziki və taktiki-texniki hazırlığa başlayacaq. (klub saytı)
