19 iyun 2014 16:14
Asif Məmmədov Türkiyə klubuna keçə bilər
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 28 yaşlı xavbekin xidmətində "Mersin İdmanyurdu" maraqlıdı.
Məmmədovun "İnter"lə müqaviləsi var. Buna görə də PTT 1-ci Liqa təmsilçisi Asifi almaq üçün danışıqlar aparır.
