19 iyun 2014 15:19

Rauf Əliyev: Xorvatiyanın oktyabrda bizi məğlub edəcəyinə heç kim zəmanət verə bilməz

Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- Dünya çempionatında favoritiniz kimdi?
- Argentinaya azarkeşlik edirəm.

- Yəqin ki, çempion kimi bu komandanı görmək istərdiz...
- Əgər Messi varsa, hər şey mümkündü. Amma Almaniya, Hollandiya kimi güclü komandalar da var.

- Bu turnirdə sizi məyus edən və ya sevindirən nəsə olub?
- İspaniya məyus etdi. Hollandiyaya məğlubiyyəti haradasa başa düşmək olardı, amma Çiliyə yenilgi heç bir çərçivəyə sığmır. Bu, bizim tanıdığımız dünya və Avropa çempionu deyil. DÇ ərəfəsində heç kim inanmazdı ki, ispanlar qrupdan çıxa bilməyəcəklər. Amma bu mundialda çoxlu qol vurulur ki, bu, sevindirici məqamdı.

- AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz Xorvatiya və İtaliya yığmalarını yaxından izləyirsiz?
- Düzünü deyim ki, onların çıxışını xüsusi olaraq izləmirəm. Çünki hələ seçmə mərhələyə xeyli vaxt var. Bu iki komanda onsuz da hamıya bəllidi. İndi onları xüsusi izləməyimizin də mənası yoxdu. İstənilən halda onların qrupumuzun favoritləri olduğunu bilirik.

- Yəqin ki, Xorvatiyanın ötən gecə Kameruna 4 cavabsız qol vurmasına görə belə düşünürsüz...
- Bu, futboldu. Çıxıb öz oyunumuzu oynayacağıq. Əlimizdən gələni edəcəyik. Bu dünya çempionatı da göstərdi ki, futbolda hər şey ola bilər. Əgər Kosta-Rika Uruqvayı məğlub edə bilirsə, niyə biz də sürpriz etməyək?

- Azərbaycan öz qrupunun Kosta-Rikası ola bilər?
- Bunun üçün kosta-rikalı olmaq lazım deyil. Azərbaycan yığması əvvəllər də bir neçə sürprizə imza atıb. Oktyabrda Xorvatiyaya qarşı keçirəcəyimiz oyunda bu komandanın qələbəsinə heç kim zəmanət verə bilməz.

- Xorvatiyalı azarkeşlər Braziliya ilə ilk oyun zamanı stadionda faşist simvolu olan banner açdıqlarına görə bu komanda cəzalana bilər. Məsələn, istisna deyil ki, xorvatlar AÇ-2016-nın seçmə mərhələsinə mənfi xalla başlasınlar. Bu, bizə nə kimi üstünlük qazandıra bilər?
- Bu barədə indidən nəsə demək çətindi. Qoy xallarını silsinlər, sonra bunun bizim üçün yaxşı olub-olmadığından danışarıq (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.