"ABŞ-ın ilk qələbəsi Berti Foqtsun uğurudu"
Gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Yaşar Vahabzadə ABŞ millisinin dünya çempionatındakı ilk qələbəsini yığmanın çalışdırıcısı Berti Foqtsun uğuru kimi qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Berti Foqtsun ABŞ millisində məsləhətçi işləməsi öz bəhrəsini verir. Fikrimcə, ABŞ-ın ilk qələbəsi Foqtsun uğurudu, onun qələbəsidi. ABŞ yığmasının oyunlarını hər zaman izləmişik. Komanda hücumda inamlı təsir bağışlayıb. Problem müdafiədə olub. Azərbaycan millisi müdafiə olunmağı Foqtsun sayəsində öyrənib. Həmin müdafiəni biz ABŞ-ın oyununda gördük. Foqtsun əl işi və ya məsləhəti özünü göstərdi. Alman məşqçi ABŞ futbolçularına müdafiə olunmağı tövsiyyə edib. Ona görə komanda 2:1 hesablı qələbə qazandı. Onun ABŞ millisində işləməsi nəticəsiz olmayacaq".
