19 iyun 2014 14:25
Azərbaycanlı futbolçuya görə 3 milyon avro tələb olunur
İspaniyanın "Real Mursiya" klubunun azərbaycanlı futbolçusu Eddi İsrafilov karyerasını La Liqada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, gənc yarımmüdafiəçinin xidmətində "Almeriya" maraqlıdı.
Lakin "Mursiya" rəhbərliyi Eddiyə görə qarşı tərəfdən 3 milyon avro tələb edir. "Almeriya" rəsmiləri isə bu məbləğin klubun büdcəsinə böyük zərbə vuracağına rəğmən, danışıqları davam etdirirlər.
Qeyd edək ki, İsrafilov "Real Mursiya"nın heyətində son mövsüm 38 oyuna (35-i Sequndada) çıxıb və iki qol vurub.
