19 iyun 2014 13:45
AZAL Rəvanın futbolçusuna göz dikib
AZAL daha bir futbolçu transfer etməyə yaxındı. Azerisport.az xəbər verir ki, paytaxt klubu "Rəvan"ın üzvü Orxan Lalayevi heyətinə qatmağa hazırlaşır.
"Təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov Lalayevin xidmətində maraqlıdı. Hazırda danışıqlar davam edir və mümkündü ki, yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalansın.
Amma böyük ehtimalla Lalayev də AZAL-da icarə əsasında çıxış edəcək. Çünki onun "Rəvan"la müqaviləsinin müddəti hələ başa çatmayıb.
