18 iyun 2014 00:44
AZAL-dan 4-cü transfer
Yeni mövsümə hazırlaşan AZAL heyəti gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq yay “transfer pəncərəsi” dövründə 4-cü keçidini rəsmiləşdirib.
Buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidini həll etmiş “təyyarəçilər” bu dəfə Novruz Məmmədovu sıralarına qatıb. Müqavilə ilə “Rəvan”a məxsus olan müdafiəçi 1 illiyə icarəyə götürülüb. (klub saytı)
