18 iyun 2014 12:27

Maksim Medvedev: Qrup mərhələsi barədə hələ düşünmürük

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- Hazırda Bakıda məşq etsəz də, qarşıda sizi Avstriya toplanışı gözləyir...
- Ayın 22-də oraya yollanmalıyıq. Avstriyada güclü klublara qarşı yoxlama oyunları keçirəcəyik. Onlara hazırlaşmalıyıq. Biz də zəif deyilik. Toplanış zamanı nə qədər güclü rəqiblərlə qarşılaşsaq, Çempionlar Liqasında bir o qədər faydasını görərik.

- "Qarabağ"dan ÇL-in qrup mərhələsinə düşməsi gözlənilir. Sizin üçün bu, realdı, yoxsa əlçatmaz?
- Avropa Liqasının qrup mərhələsinə düşmək ÇL-in qrupuna düşməkdən daha asn olacaq. Bu turnirlər arasında səviyyə fərqi yüksəkdi. Amma qoy bizə inansınlar, dəstəkləsinlər. Biz də gücümüz çatan qədərilə maksimum nəticə göstərməyə çalışacağıq.

- Rəhbərlik komandanın qarşısına hansı hədəfi qoyub?
- Bizim ilkin hədəfimiz ikinci təsnifat mərhələsində uğurlu çıxış edib, mərhələ adlamaqdı. Hazırda biz hələ qrup mərhələsi haqda düşünmürük. Buna tədricən nail olmalıyıq. Əlbəttə, biz çox şey istəyə bilərik. Amma hər şeyə real yanaşmaq lazımdı. ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq çətindi. Çünki bu yolda qarşılaşacağımız bütün rəqiblər öz ölkələrinin çempionlarıdı. Ona görə indi söz verə bilmərik ki, "Qarabağ" ÇL-in qrup mərhələsində çıxış edəcək. Elə ilk mərhələdə bizə elə rəqib düşə bilər ki, onu keçə bilmərik. Amma rəqibləri analiz edəcəyik və çalışacağıq ki, ən yaxşısına nail olaq.

- Avrokuboklar öncəsi "Qarabağ" hələlik üç transfer edib - Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyev...
- Tərlan Quliyevin çıxışını "Neftçi"də olarkən görmüşəm. O, özünü həmişə yaxşı tərəfdən göstərməyə çalışıb. Xüsusilə də "Qarabağ"la oyunlarda. "Qarabağ" bu transferdən fayda görəcək. Heyətdə rəqabət daha da güclənmiş oldu. Tərlan avrokuboklarda da "Qarabağ"a kömək edəcək gücdədi. Daniel Dias da yaxşı futbolçudu. İnanıram ki, həm o, həm də Cavid Tağıyev komandamıza xeyir verəcək.

- Dünya çempionatını izləyirsiz? Favoritiniz kimdi?
- Qruplardakı ilk oyunlar çox gərgin keçdi. Hətta açılış oyunu olan Braziliya - Xorvatiya matçı sanki final qarşılaşması idi. Heç kim uduzmaq istəmir. Amma mənim favoritim Almaniyadı. Onlara uşaqlıqdan azarkeşlik edirəm. Bu çempionatda sürprizlər də istisna deyil. Məsələn, çox az adam inanardı ki, İspaniya Hollandiyaya elə hesabla uduzacaq.

- AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz olan İtaliya və Xorvatiya yığmaları barədə nə deyə bilərsiz?
- Xorvatların güclü olduğunu bilirdim. Amma onların Braziliyaya qarşı oyunlarını izləyib daha da təəccübləndim. Onların bu qədər güclü olduqlarını bilməzdim. Bu komanda istənilən rəqibə problem yaradacaq gücdədi. İtaliya da İtaliyadı. Onlar haqda əlavə nəsə deməyə ehtiyac yoxdu. Xorvatiya Braziliyaya qarşı belə oynayırsa, indi görün Azərbaycana qarşı necə çıxış edəcək. Onların bizə qarşı da müdafiədən oynayacağına şübhə edirəm. Böyük ehtimalla hücum futbolu oynayacaqlar. İtaliya barədə də eyni sözləri demək olar. Həmin oyunlarla bağlı indidən proqnoz vermək isə çox çətindi.

- Sizcə, yığmamız bu rəqiblərindən xal ala bilər?
- Biz bu komandaların nəyə qadir olduğunu gözəl bilirik. Amma onların Braziliyadakı çıxışını izlədikdən sonra bizə necə çətin olacağını bir daha başa düşdük. Ona görə də daha yaxşı hazırlaşmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.