18 iyun 2014 00:34
Maksim Medvedev: Yeni transferlər Qarabağa faydalı olacaq
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev komandaya yeni transfer olunan futbolçulardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tərlan Quliyevin çıxışını "Neftçi"də olarkən görmüşəm. O, özünü həmişə yaxşı tərəfdən göstərməyə çalışıb. Xüsusilə də "Qarabağ"la oyunlarda. "Qarabağ" bu transferdən fayda görəcək. Heyətdə rəqabət daha da güclənmiş oldu. Tərlan avrokuboklarda da "Qarabağ"a kömək edəcək gücdədi. Daniel Dias da yaxşı futbolçudu. İnanıram ki, həm o, həm də Cavid Tağıyev komandamıza xeyir verəcək".
