18 iyun 2014 17:08
Subaşiç: Mahir Şükürov Karşıyakaya keçməklə yaxşı seçim edib
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu, Türkiyənin "Orduspor" klubunda çıxış edən Branimir Subaşiç "Neftçi"dən ayrılan Mahir Şükürovun "Karşıyaka"ya keçidini şərh edib. Azerisport.az saytına müsahibəsində o, özünün gələcək planlarından da danışıb:
"Hazırda istirahətlə məşğulam. Formada qalmaq üçün fərdi məşq edirəm. Növbəti mövsümə gəlincə, Türkiyə və Azərbaycanın bir neçə klubundan təklif var. Hələlik, danışıqlar davam edir. Buna görə ad açıqlamaq istəmirəm. Yaxın günlərdə gələcəklə bağlı planlarıma aydınlıq gələcək".
Subaşiç Mahirin "Karşıyaka"ya keçidi ilə bağlı bunları dilə gətirib: "Fikrimcə, Mahir bu kluba keçməklə yaxşı seçim edib. "Karşıyaka" yaxşı komandadı. Ona növbəti mövsümdə yeni komandasında uğurlar arzulayıram".
