18 iyun 2014 15:45
Vəli Qasımov Şevçenko ilə birgə məşqçi kursunda iştirak edir
Ukraynanın paytaxtı Kiyevdə UEFA-nın PRO kateqoriyalı məşqçilər üçün birinci seminarı keçirilib. Azerisport.az xəbər verir ki, seminarın 12 iştirakçısı arasında bir azərbaycanlı mütəxəssis də var.
Bu, yığmamızın sabiq məşqçilərindən biri Vəli Qasımovdu. Yerli mütəxəssislərdən isə ötənlərin məşhur futbolçusu Andrey Şevçenko da PRO kateqoriyası almaq üçün çalışır.
