18 iyun 2014 14:46
Xorvatiya Azərbaycanı bu stadionda qəbul edəcək
Azərbaycan milli komandasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu il oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Osiyek şəhərindəki "Qradski" stadionunda təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (AFFA)
