18 iyun 2014 22:50
Qəbələ ikinci sınaq matçında məğlub oldu
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanunun çalışdırdığı bölgə təmsilçisi yerli "Koper"lə üz-üzə gəlib.
"Qəbələ" oyuna bu heyətlə çıxıb: Anar Nəzirov, Ruslan Əmircanov, Vladimir Levin, Rafael Santos, Ürfan Abbasov, Murad Teymurov, Ruslan Tağızadə, Dodo, Elvin Camalov, Nizami Hacıyev, Viktor Mendi.
Qarşılaşmaya gəlincə, Muntyanunun komandası meydandan məğlub ayrılıb. Oyunda vurulan yeganə qol "Koper"ə qələbə qazandırıb.
Xatırladaq ki, "Qəbələ" ilk yoxlama oyununda digər Sloveniya təmsilçisi "Stoynitsa"ya 1:0 hesabıyla qalib gəlmişdi.
