17 iyun 2014 01:05
Abışov: İtaliya yığmasını yaxşı analiz etsək...
Millimizin futbolçusu Ruslan Abışov azerisport.az-a açıqlamasında İtaliya yığmasının dünya çempionatındakı çıxışına toxunub və yeni seçmə mərhələdə skuadra adzuraya qarşı oynamağın çətin olacağını deyib:
"İtaliya futbolçuları İngiltərəyə qarşı ağılla mübarizə apardı. Çox yaxşı oynadılar. Taktiki cəhətdən ingilislərdən üstün oldular. Azərbaycan millisi yeni seçmə mərhələdə İtaliya ilə 2 oyun keçirməlidir. Mundialdakı oyuna baxıb müəyyən qeydlər aparmaq olar. İtaliya futbol nəhənglərindən biridir. Asan olmayacaq. Lakin rəqibi yaxşı analiz etsək onlara qarşı layiqli mübarizə apara bilərik."
