17 iyun 2014 00:43
Azərbaycanlı futbolçu La Liqada oynayası olmadı
İspaniyada La Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Real Mursiya" doğma meydanda "Kordoba" ilə qarşılşıb.
Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov bu oyunda 90 dəqiqə meydanda olub.
Bu məğlubiyyət nəticəsində "Real Mursiya"nın La Liqaya çıxmaq şansları qalmayıb. Çünki ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.
Sonda onu da bildirək ki, "Kordoba" elitaya çıxmaq üçün "Las Palmas"la görüşlərdən qalib ayrılmalıdı.
