AFFA-nın dünya çempionatı ilə bağlı layihəsi
Xəbər verdiyimiz kimi, "Sea Breeze Otel"də A+A şirkətinin təşkilatçılığı və AFFA-nın dəstəyi ilə "Village Brazil-2014" layihəsi başlayıb. Azerisport.az xəbər verir ki, layihə çərçivəsində otelin müvafiq ərazisində çimərlik və mini-futbol turnirlərinin keçirilməsi üçün meydança quraşdırılıb (süni ot örtüyü, qapılar, 100 ədəd top AFFA tərəfindən təmin olunub).
Bundan əlavə, şənbə və bazar günləri saat 17:00-dan 18:00-dək mini-meydançada AFFA-nın təyin etdiyi məşqçi Aqil Korçiyev tərəfindən arzulayanlar üçün xüsusi təlimlər keçirilir.
Qeyd edək ki, iyulun 13-dək davam edəcək "Village Brazil-2014" layihəsi zamanı şəhərciyə giriş və xidmətlərdən istifadə 6 yaşa kimi uşaqlar üçün pulsuz, 6-12 yaşlılar üçün 10 AZN, 12 yaşdan yuxarı qonaqlar üçün isə 20 AZN-di. (AFFA)
